Shovqiyar Abdullayev
................
  Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin ruhu şad olsun!
 
.

ŞÖVQİYAR

Bu kitabda Göyçə mahalının – Basarkeçər rayonunun Nərimanlı kəndində doğulub, ərsəyə çatan, ali məktəbin son kursunda təhsil alarkən qəlbinin hökmü ilə cəbhə bölgəsinə yollanan, Ağdamda təşkil edilmiş tank briqadasının komandiri olan, rəşadətli döyüş yolu keçən, Papravənd, Pircamal, Aranzəmin, Dranbon və digər kəndlər uğrunda gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən və qəhrəmanlıqla şəhid olan Azərbaycan Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayevin döyüş yolundan söhbət açılır.

Kitabı yüklə

 Qısa döyüş yolu

Abdullayev Şövqiyar Cəmil oğlu 1992-ci ilin mart ayının 3-də oxuduğu ali məktəbin məşğələlərini tərk edərək könüllü surətdə ordu sıralarına daxil oldu.

Onların tank bölməsi Ağdamda yerləşirdi. İlk döyüş aprelin 26-da Şelli istiqamətində oldu. Sonra onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutub Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda şiddətli döyüşlər apardılar.

1992-ci ilin avqustun 23-də Gülablıdakı çox böyük strateji əhəmiyyətli yüksəklikdən müəmmalı şəkildə onun tank briqadası çıxarılaraq Drambon kəndinin müdafiəsinə kömək üçün göndərildilər. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edildi və ən böyük müvəfəqiyyət isə o oldu ki, mühasirə halqasına düşmüş çox böyük sayda piyada döyüşçülərimizi mühasirə halqasından çıxara bildilər.

Davamını oxu


. Shovqiyar Abdullayev
Ömür yolu
Kitab və məqalələr
Tarix
Yaradıcı heyət
Banner


 




2006-2012 © NuHuN