Shovqiyar Abdullayev
................
  Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin ruhu şad olsun!
 
.

  Qısa döyüş yolu

Abdullayev Şövqiyar Cəmil oğlu 1992-ci ilin mart ayının 3-də oxuduğu ali məktəbin məşğələlərini tərk edərək könüllü surətdə ordu sıralarına daxil oldu.

Onların tank bölməsi Ağdamda yerləşirdi. İlk döyüş aprelin 26-da Şelli istiqamətində oldu. Sonra onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutub Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda şiddətli döyüşlər apardılar.

1992-ci ilin avqustun 23-də Gülablıdakı çox böyük strateji əhəmiyyətli yüksəklikdən müəmmalı şəkildə onun tank briqadası çıxarılaraq Drambon kəndinin müdafiəsinə kömək üçün göndərildilər. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edildi və ən böyük müvəfəqiyyət isə o oldu ki, mühasirə halqasına düşmüş çox böyük sayda piyada döyüşçülərimizi mühasirə halqasından çıxara bildilər.

Həmin döyüşdə Ş.Abdullayevin tankı vuruldu və igid döyüşçü hər iki qılçasından qəlpə yaraları aldı. Onu Ağdamdakı hərbi qospitala çatdırdılar. Həkimlər ona qılçalarına dolmuş qəlpələri təmizləmək üçün Bakıya getməyi məsləhət görüb, müvəqqəti sarıq qoydular. Şövqiyar isə sarıqları açıb ataraq «Mən yoldaşlarımı odun-alovun içərisində qoyub heç yerə gedə bilmərəm, elə adamlar tanıyıram ki, bədənlərində Böyük Vətən müharibəsindən indiyə kimi qəlpə gəzdirir» - demiş və xəstəxanadan qaçaraq döyüş bölgəsinə gəlmiş, öz komandiri olduğu tanka qalxaraq son nəfəsinə qədər Vətən yurd, torpaq uğrunda döyüşmüş, canını vurğunu olduğu doğma torpağa qurban vermişdir.

Onun təltif olunduğu Azərbaycanın Milli Qəhrəmanının Qızıl ulduzunu ulu öndərimiz Heydər Əliyev qəhrəmanın valideynlərinə təqdim etmişdir.

1992-ci ilin 27 avqustunda Drambon döyüşündə qəhrəmancasına həlak olan Abdullayev Şövqiyar Cəmil oğlu 29 avqust 1992-ci ildə müqəddəs Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Yağılar əlində torpaqlarımız və əsirlikdə əzab çəkən ana və bacılarımız, igid oğullarımız azad olunarsa, bütün şəhidlər kimi, Şövqiyar Abdullayevin də ruhu şad olar!


. Shovqiyar Abdullayev
Ömür yolu
Kitab və məqalələr
Tarix
Yaradıcı heyət
Banner


 




2006-2012 © NuHuN